Məşqlərdə üçüncü günün sonuna gəldik.
Gəlin, bu gün nələr baş verib birlikdə baxaq.



Estoniya

Tallindən Liverpula körpü

Bu günkü məşqlərin ilk ifaçısını salamlamaq vaxtıdır! “Eesti Laul”-da istifadə olunan eyni piano Liverpula uzun səyahətdən sonra yenə də istifadəsi üçün hazırdır.

Alikanın güclü vokalları canlı ifada da eşidilir və mahnının səs diapazonu ifanı çox çətinləşdirir. Bu, həm də Liverpul səhnəsinin işıqlandırma və qrafika imkanlarının gözəl nümunəsidir, dramatik effektlərin istifadə olunmadığı bir kvadrat düym döşəmə və LED fonlar Alikanın çıxışı üçün istifadə olunmayıb. Günə ruhlandırıcı başlanğıcla başladıq.

Alikanın səhnədə uzun mavi paltar geyinib.



İslandiya

Dilya və onun gücü

Çıxış çox əyləncəlidir, Dilyanın böyük səhnədə auditoriyaya təsir edə bilən və güclü enerjisi var və onun ən böyük gücü qeyri-adi səsindədir. Yüksək templi hərəkətlər və gimnastik hərəkətləri ilə bütün səhnəni əlinə alaraq, həqiqətən də yaxşı performans göstərir. Bu, Avroviziyada heç bir şeyə bənzəməyən səs və fiziki gücün cəlbedici birləşməsidir. Son illər ərzində Avroviziyada baraban basları ifa olunmayıb və indi bu baslardan istifadə edən Dilya sizlərin səsini gözləyir. Dilya özünün gümüş kostyumu ilə səhnədə parıldayır.



Yunanıstan

Nə deyirlər desinlər Viktor

Viktor belə gənc yaşda belə nəhəng arenada çıxış edərkən gərgindirsə belə, bu, özünü göstərmir. O, həm vokal gücünü, həm də LED ekranlarla müşaiyət olunaraq öz potensialını ortaya qoyur. Onun rəqs hərəkətlərilə gələn cümə axşamı arenanı coşduracağına heç şübhə də ola bilməz. Ed Şiran onu musiqidə ilhamlandıran sənətçilərdən biridir və siz “What They Say”-in musiqi videosunda Şiran havasını mütləq hiss edəcəksiniz. İnamlı və ruhlandırıcı performans nümayiş etdirildi, Yunanıstan nümayəndə heyəti bundan məmnun olmalıdır.



Polşa

İlin dram kraliçası

Növbədə Polşanı təmsil edən yarı polyak, yarı bolqar olan Blanka var!
Onun “Solo” adlı mahnısı pis münasibətdən qurtulub tək başına daha yaxşı olmağından bəhs edir.
Blankaya səhnədə 4 rəqqas müşaiyət edir. Mahnının başlanğıcından etibarən yay ab-havasını sonadək hiss edirik. Tropik LED qrafiklərinin önündə gördüyümüz Blankanın vokalları çox yaxşıdır. Mahnıda rəqs hissəsi və geyim dəyişikliyi var.
Həmçinin, son hissədə alovlardan istifadə olunub.



Sloveniya

Sabahı düşünmədən əylənin

Məşqlərin ikinci günündə səhnəyə çıxan ilk qrup Sloveniyadan “Joker Out”-dur. Onlar eynilə Måneskin qrupu qədər xarizmaya malikdir. Qrupun böyük səhnə təcrübəsi həqiqətən də özünü göstərir. Onlar elə görünür ki, sanki həyatlarının dadını hazırda çıxarırlar. Bojanın çəhrayı şalvarı isə gözlərdən heç qaçmır.



Gürcüstan

Qonşunun əks-sədası

12 il əvvəl ölkəsi Gürcüstanı Uşaq Avroviziyasında təmsil edib qalib gələn İru bu gün “Echo” mahnısı ilə ilk məşqinə çıxdı. Biz onu səhnədə platformun üstündə və video klipdəki kimi ağ libasda görürük. Çıxışda külək, fırtına və tüstü atmosferi hakimdir. Performans boyunca İru nəfəs kəsən vokalları ilə bütün Liverpulu əlinə alır.



San Marino

Heyvan kimi

Xeyr, bu tənqid deyil. Sadəcə mahnının adıdır.
San Marino təmsilçiləri “Piqued Jacks” qrupu səhnədədir.
Qrup üzvləri “Una Voce Per San Marino” adlı seçim turundakı çıxışlarını Liverpul səhnəsinə daşıdılar.
Led ekrana qara və qırmızı rənglər hakimdir. Səhnə işıqları altında qrup solisti E-king öz parıldayan gödəkçəsi və xarizmasını da işə salaraq çox sərt bir çıxış etdi.



Avstriya

Edqar kimdi?

(Edqar Allan Po Amerika ədəbiyyatının romantik liderlərindən biridir.)

Avstriya adına yarışan Teya və Salena cütlüyü ilk məşqlərini yekunlaşdırdı.

Salena səhnədə ağ və qırmızı rəngli geyimi ilə Avstriya bayrağını xatırladırdı. Teya isə qara və qırmızının gücünə arxayındır.

Cütlük klipdə olan rəqs hərəkətləri və əyləncəli çıxışları ilə salonu coşdurmağa iddialıdır.

LED ekran və səhnə işıqları da heç də möhtəşəm cütlükdən geri qalmır və ritmə ayaq uydurur.



Albaniya

Ailə bağları

Albina və onun Kelmendi ailəsi bizə ehtiyacımız olan ailə qayğısını ötürməyə gəliblər.

Altı nəfərdən ibarət olan ailə üzvləri qara geyimdə öz həzin ifaları ilə qəlbimizə toxunur və ailədə sevginin əhəmiyyətindən bəhs edir.

Albina mahnının girişində öz vokal imkanlarını yetəri qədər göstərməyi bacardı. Ailə üzvləri bu dramatik ifanı öz rəqs hərəkətləri ilə bambaşqa bir səviyyəyə qaldırdı.

Led ekranda qara və qırmızı rənglər var. Burada Albaniya bayrağının rənglərindən ilham alınıb və pirotexniki vasitələrdən istifadə olunub.



Litva

Monikaların vətəni

Litva adına Monika səhnədədir.
Səhv salmayın, bu ötən il Litvanı təmsil edən Monika Liu deyil. 2015 Avroviziya Mahnı Müsabiqəsində duet ortağı Vaidas ilə “This Time” adlı sevgi nəğməsini səsləndirən Monika Linkytedir.

Onun səhnədə dörd dəstək vokalist müşaiyəti ortaya möhtəşəm bir harmoniya çıxardır. Həmçinin deyə bilərik ki, nağara ritmləri də bizi gözləyir.

Monika milli finalda olduğu kimi Liverpul səhnəsində narıncı rəngdə geyimlə və Litvanın xalq rəqslərində olan sehrli “Čiūto Tūto” kəliməsi ilə tamaşaçıları ovsunlayacaq.



Avstraliya

Söz verin ki, hər şey yaxşı olacaq.

Günün sonuncu məşqi Avstraliyadan gəldi.

Qərbi Avstraliyanın fəxri olan və əsası 1999-cu ildə qoyulan “Voyager” qrupu yarımfinalın təmtəraqlı bitişini edəcək.

Qrup üzvləri Eşli, Simon, Skot, Denni, və Aleks səhnəyə sözün əsl mənasında od qoyublar.

Səhnədə onlarla yanaşı 2009-cu ildən sonra bu il ikinci dəfə avtomobil rekvizitidə olacaq. Qrupun səs ahəngi və vokal imkanları qüsursuz idi.

Və rok varsa, pirotexnika olmazsa olmazlardandır.



Ən son xəbərlər üçün bizi sosial şəbəkələrdə izlənməyi unutmayın