Məşqlərin ikinci günü yekunlaşdı. Gəlin, günün icmalına bircə nəzər salaq.



İsrail

Təkbuynuz əfsanəsi

“M&S Bank Arena” ilk əvvəl İsrailin məşhur ulduzu Noa Kireli qarşıladı.

Noa çıxışına LED-lərlə işıqlandırılmış nəhəng qutuda, fırlanan kamera və çoxlu strob işıqlandırma ilə başlayır. O, qara və çəhrayı kostyumlarda olan beş rəqqas tərəfindən müşayiət olunur və bütün xareoqrafiya başdan sona qədər musiqi videosunda olduğu kimi davam edir.

“Məndə təkbuynuzun gücü var” deyən Noa ifa edir və sizə təkbuynuzluların hansı xüsusi güclərə malik olduğunu araşdırmağa fürsət verir. Sonda məlum olur ki, onların buynuzları müalicəvi xüsusiyyətlərə malikdir!



Azərbaycan

Gücün iki yarısı

İsrail bütün işıqları və kameraları “işə saldıqdan” sonra qardaşların aşağı templi mahnısı bütün arenaya hüzur gətirir. Ürək formalı platformanın mərkəzində dayanan, özlərinin yaşıl və bənövşəyi kostyumları ilə gözəl harmoniya yaradan Tural və Turan sizlərin qarşısına çıxmağa hazırdır. Rəsmi videoda geyindikləri fedora şlyapalarını qardaşlar Liverpula gətirməyiblər. Ola bilsin ki, onlar Belçikadan olan Qustafı görüb Avroviziyada papaq müharibəsini başlatmaq istəməyiblər.



Çexiya

Bacıların gücü

Bu, sözün əsl mənasında slavyan bacılığının mahnısıdır və trekin bas xətti arenada heyrətamiz səslənir. Bacıların ecazkar ifasından döşəmə döyünür və İsrailin çıxışından sonra yenicə sakitləşmiş səhnə artıq yenidən coşur.

“Vesna” Çexiya milli finalındakı parlaq rənglərdən və rəsmi video istifadə etdiyi geyimlərdəkindən fərqli olaraq Avroviziyada çəhrayı kostyumlarla çıxarış etməyi qərara aldı. Qrupun altı üzvünün hər biri göstərdikləri axıcı rəqslərlə üç dəqiqə müddətində sizlərin rəğbətini qazanmağa çalışacaq.



Niderland

Mükəmməl harmoniya

Niderlandın bu ilki nömrəsini kədərli, xəyalpərəst və eyni zamanda ruhlandırıcı adlandıra bilərik. Mia və Dion kiçik fırlanan səhnədədir. Bütün performans mürəkkəb kamera quruluşuna sahibdir. Onların hər ikisinin də vokalları güclü, harmoniyaları isə olduqca xüsusidir.



Finlandiya

Bu çılğınlıqdır Bu partidir.

Cha Cha Cha,BÖYÜK FİNLANDİYA səhnədədir!

Käärija bildirib ki, Finlandiyanı şərhçilər belə adlandırsın. Biz də onun sözünə qulaq asırıq.

Səhnəyə yaşıl geyimlə çıxan Käärijanı çəhrayı geyimli dörd rəqqas müşayət edir. Boks meydanını xatırladan bu səhnədə taxta bir qutu və paketlər var.
Avroviziya səhnəsinə yad olan EDM və metal şlengr tərzi bu mahnını Käärija “əsl Finlandiya” olaraq adlandırıb.



Danimarka

Qıvrım saçlar və elektronik səs

Avroviziya səhnəsi Sem Rayderdən sonra növbəti “Tik Tok” fenomenini qarşılayır. Onun nə az nə çox 11 milyon izləyicisi var.

Reyli milli final performansında geyindiyi zərli geyim ilə səhnədədir.

Səhnədən gözəl istifadə edən Reyli üçbucaq bir dönən platforma ilə qarşımıza çıxır. Led ekranda bulud şəkilləri var və vaxt keçdikcə onlar çəhrayı ürəklərə dönüşürlər. Zəmindəki led ekran isə tez-tez rəng dəyişir və performans ilə uyğunluq yaratmağa çalışır.

Reyli ikinci yarımfinal üçün dinamik bir açılış edəcək. “Breaking My Heart” yəni “Qəlbimi Qırma” deyen Reylinin görək Avropa qəlbini qıracaqmı?



Ermənistan

Yeni bir sevgili axtarışında

Ermənistan təmsilçisi Brunett ilk məşqini başa vurdu.

Vokalında problem yaşamayan təmsilçinin performansı yumşaq fortepiano sədalarında başlayır.

Brunett fırlanan qrafikalar fonunda səhnənin ön hissəsində uzanmış vəziyyətdə çıxışa başlayır.

Brunettin rep bölümünə girişi ilə səhnə sallanmağa başlayır. Səhnə mahnının ritminə uyğun olaraq rəng dəyişir.



Rumıniya

Barmaqların məharəti

Teodor milli final performansından fərqli bir performansla çıxış etdi. Pikaçu şəkilli corabları, parlaq sarı şort və kostyumla səhnəyə daxil oldu. Dramatik və enerji dolu mahnısı “D.G.T.”-nin ilk hissəsi akustik başlasa da nəqarətdən sonra Teodor güclü vokalı və rok tempi ilə səhnəni coşdurmağa çalışdı. Teodor səhnədə tək deyil, bir xanım rəqqas ilə öz enerjisi tamaşaçıya ötürməyə çalışacaq.



Belçika

Eyni göyqurşağı altında

Bu çox yaxşı bir pop himni ola bilər. Mahnıda bizi yaxşı və çətin günlərimizə baxmayaraq heç vaxt ruhdan düşməməyə çağırır. Qustaf çəhrayı paltarı və ağ şlyapası ilə inanılmaz dərəcədə səhnəyə rəng qatdı.

Qustafın performansı milli final çıxışından fərqlənmədi. Pilləkən platforması üzərində çıxışını etdi. Onu üç dəstək qadın vokalist və dəbdəbəli “Drag Queen” müşayət etdi.



Kipr

Qırılan qəlblə nə işiniz var ?

Günün sonuncu məşqi Kiprdən gəldi.

Endryu heyrətamiz bir vokal performans göstərdi. Hətta deyə bilərik ki, o səsi və hüzünlü balladası ilə Liverpulu titrətdi.

O, mahnısını yüksək notdan aşağı nota qədər qüsursuz şəkildə ifa etdi. Arxa fondakı led ekranlarda şəlalə görüntüləri daha sonra Endryunun xarizması ilə birləşərək alovlara dönüşdü.

Sabah məşqlərdə üçüncü gündür. Ən son xəbərlər üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz