Bu gün 2023 Avroviziya Mahnı Müsabiqəsinin 1 yarımfinalında yarışan 10 ölkə öz məşqini etdi.
Mediaya qapalı şəkildə keçirilən məşqlərdə günün icmalı belədir.

Norveç

Günə Norveç ilə başladıq. Kralların kraliçası Alessandra qütb işıqlarının rəngini xatırladan işıqlardan istifadə etdi. Onu səhnədə dörd rəqqas müşaiət edirdi. Əllərində böyük çubuqlar ilə mahnıya başqa bir aura qatan Norveç ifaçısı səhnədə güclü qadın obrazı yaratdı.

Malta

Avroviziyanı Saksafonsuz təsəvvür etmək olar?

“The Busker” qrupu ilk məşqini uğurla başa vurdu. 3 pərdəli səhnədə bir neçə il öncə Maltanı təmsil etmiş Destini Çkunyerin və onunla yanaşı Maltanı təmsil etmiş bir neçə sənətçinin karton maketi sarı park skamyası, işıq dirəyi, qırmızı avtomobil və kiçik divanı olan otaq rekviziti olacaq. Qrup üzvləri öz dinamik rəqsləri və möhtəşəm saksafon ilə səhnəni coşdurmağı bacardılar.

Sviterlə çıxış edən vokalçılar milli final performansında olduğu kimi son aktda kostyum dəyişikliyi edib gümüşü rəngli parlaq geyim ilə şounu tamamlayıblar.

Serbiya

Rekvizit baxımından Luka milli finalda olduğu kimi nəhəng yataq ilə qarşımıza çıxdı.

Lukanı səhnədə çiynində uzun şlanqlar olan dörd rəqqas müşaiət edirdi.

Yüksək səsli bas və video oyun qrafikasını xatırladan performans zamanı səhnədə qara işıqlar hökm sürüb.

Günün ilk pirotexniki vasitələrindən istifadə olunan çıxışında həm də dumandan istifadə edərək bizə axirətin necə olacağı göstəriləcək.

Latviya

Kimin başına gəlməyib ki? Latviyanın təmsilçiləri “Sudden Lights” qrupu birinci məşqləri üçün M&S Bank arenasına adi geyimlərlə çıxmaq məcburiyyətində qalıblar. Belə ki, onların baqajları Liverpula səfər zamanı itib. Amma ümid edirik ki, “airBaltic” tez bir zamanda problemi həll edə biləcək. Bəlkə də bütün bunlara səbəb səhər saat 8 olmağına baxmayaraq, qrup üzvlərinin havalimanında pivə içməsi olub. Bunu dəqiq deyə bilməsək də, qrupun verdiyi məlumata bu gün baqajlar onlara təhvil veriləcək. Qrupun səhnəsinə gəldikdə isə səhnə qrupun milli final “Supernova”-da çıxışı ilə demək olar ki, eynidir.

Portuqaliya

Mimikatın performansı “I Will Survive” mahnısını xatırladan piano ifası ilə başlayır. Daha sonra isə səhnə tamamilə musiqili teatr şousuna bənzəməyə başlayır. “Festival da Canção” milli finalındakı çıxışdan bir az fərqlənir. Səhnədə milli finalda olan divan yoxdur. Mimikatı dörd rəqqas enerjik samba rəqsi ilə müşayiət edir. Mimikat tamamilə qırmızı lələklərdən tikilən paltar geyinib. Həmçinin, işıqlandırmada da qırmızı rəngə üstünlük verilib. Mimikatın vokal güclü imkanları var. Performansın sonunda vokal notu inanılmazdır. Səhnədə kabere havası hiss edilir.

İrlandiya

Bu gün səhnəyə çıxan kişilərdən ibarət 3-cü qrup İrlandiyadandır. Bu qrup Dublin şəhərindən olan 4 dostdan ibarətdir.

Biz onların çıxışını “birinci yarımfinal partisinin davamı” olaraq adlandıra bilərik.

Video klipdəki maska səhnədə balağı enli, bütün bədəni tutan qızıl rəngli geyimlə əvəz olunub. Bu 1970-ci illərdə məhşurlaşan rock stilində geyimdir. Səhnədən yarım dairə şəklində istifadə edilib. Led işıqlardan istifadə olunub. Həmçinin, pirotexniki vasitələrdən istifadə oluna bilər.

Xorvatiya

Mama ŠČ Avroviziya səhnəsində indiyə kimi heç vaxt görülməyən bir şou ilə gəlir.

Onlara verilən “Corabları geyinmək üçün mümkün ən uzun müddət nədir?” sualına “Biz əgər ŠČ corablarımızı geyiniriksə, onları həmişə geyinə bilərik. Çünki, onlar da bizim kimi yaşlandıqca daha yaxşı olur. Onların qoxusu artıq yaxşı olmayanda dəyişirik. Digər corablarımız isə hər 6 saatda bir dəyişirik.”

Let 3 qrupunun çıxışı insanları vizual olaraq cəlb edib təəccübləndirəcək. Mahnın sözləri laylayı xatırlatsa da, əslində mahnıda traktor, öpüş və müharibədən söhbət gedir. Qrupun çıxışı öz geyimlərini soyunmağından, dikdabanda rəqsdən, fişənglərdən ibarətdir.

Liverpul səhnəsi heç vaxt belə çıxış görməyib. Çox güman ki, izləyicilər bu performans zamanı rəqs edəcək.

İsveçrə

İsveçrəli ifaçının ifa etdiyi “Watergun” müharibənin traqediyalarından bəhs edən, dünya üçün sülh xəbərçisi olan bir mahnıdır. Remo mahnını qəlblərə toxunan möhtəşəm səsi ilə ifa edir. Səhnədə Remoya dörd rəqqas müşaiət edir. Arxa fon tez-tez rəng dəyişir. Biz həmçinin onun özünü də rəqs edərkən görəcəyik. Əslində isə, bu heç də gözlənilən deyildi.

Moldova

Avroviziya səhnəsinə yad olmayan Paşa səhnəni yenə alovlandırdı. Nəhəng nağaralar, onu fleyta ilə müşayiət edəcək cırtdan Sergiu, Paşanın atmosferik vokalı və nəhəng buynuz taxmış bekvokalçılar. Bu, Avroviziyada tez-tez gördüyümüz etnik girişlərdən biri hesab oluna bilər.

İsveç

İlin əsas favoritlərindən sayılan Lorin müəyyən səbəblərdən “Melodifestivalen”-dəki çıxışından biraz fərqli səhnə quruluşunda işıqlı nisbətən daha kiçik led ekrana yer verilib. Lakin bu səfər ekran göydən asılmayıb, yerdən yuxarı qalxır və səhnədə fırlanır.

Səhnədə duman effektindən geniş istifadə olunub. Lorinin geyimi milli finalda olan geyim ilə eynidir.

Dırnaqları isə bu səfər daha uzundur.