INFE Azerbaijan

Official Member of INFE Network

Məhdud auditoriyalı müsabiqə – 2021

Dankan Laurensenin 2019-cu ildə Təl-Əvivdəki qələbəsindən sonra 2020 Avroviziya Mahnı Müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməli idi, lakin yaranan COVID-19 böhranı səbəbindən tədbir 2020-ci ilin martında ləğv edildi. 2021 nüsabiqəsinin keçirilməsini təmin etmək üçün hazırlıqlar dərhal başlanıldı.

2021-ci il müsabiqəsinin baş tutmasını təmin etmək üçün bütün mümkün ssenarilər araşdırıldı və may yaxınlaşdıqca təşkilatçı planları Niderland Hökumətinin 2021-ci ilin aprelində müsabiqənin məhdud auditoriya ilə davam edə biləcəyini təsdiqləməsi ilə aydınlaşmağa başladı.

39 iştirakçı ölkədən hər hansı bir akt “Rotterdam Ahoy” səhnəsində səhnəyə çıxa bilməyəcəyi təqdirdə istifadə oluna biləcək əvvəlcədən qeydə alınmış “live-on-tape” performansını təqdim etmələri istəndi.

Avstraliya Niderland şəhərinə səyahət edə bilməyən yeganə nümayəndə heyəti oldu, yəni Montenin “Technicolor” mahnısı “live-on-tape” performansından istifadə edən tək ölkə oldu.

Təəssüf ki, ikinci yarımfinalda iştirak etməzdən əvvəl, Dadi Freyrin “Gagnamagnið” qrupunun üzvünün COVID-19 testi müsbət çıxdı. Bu o demək idi ki, İslandiyanın məşq görüntüləri həm yarımfinal, həm də böyük finalda istifadə edilmişdir. Qrup 378 xalla 4-cü yerdə qərarlaşıb.

Qlobal vəziyyətdən asılı olmayaraq müsabiqəni təmin etmək üçün aparıcı yayımçılar tərəfindən aylarla davam edən uğurlu protokollar və hazırlıqlardan sonra italyan alt-rok qrupu “Måneskin” böyük finalda qalib adını qazanmağı bacardı. Onların özlərinin qələmə aldığı “Zitti e buoni” mahnısı 524 xalla Avroviziya Mahnı Müsabiqəsində qalib oldu və növbəti mahnısı “I Wanna Be Your Slave” ilə birlikdə qlobal yayım hitinə çevrildi.

183 milyon tamaşaçı

Dünyanın ən böyük canlı musiqi tədbiri olan Avroviziya Mahnı Müsabiqəsinin qayıdışı 36 bazarda 183 milyon tamaşaçı tərəfindən izlənildi və onlayn izləmələrdə böyük artım oldu.

2021 Avroviziya Mahnı Müsabiqəsinin böyük finalı əvvəlki müsabiqədən 40,5%-lik orta hesabla 4% yüksək televiziya tamaşaçı payına nail oldu. Bu, eyni kanallar qrupu üçün orta “primetime” baxış payından iki dəfə çox (19,4%) göstərici anlamına gəldi.

Müsabiqə gənc tamaşaçıların böyük marağına səbəb oldu. 15-24 yaşlı gənclər arasında böyük finala baxış payı 2019-cu ildə 7% artıb. Həmin vaxt televiziyaya baxan həmin yaş qrupunun 52,8%-i kanala köklənib ki, bu da yayım kanallarının orta göstəricisindən 4 dəfə çoxdur (14,5%).

Onlayn olaraq, Avroviziya Mahnı Müsabiqəsi həftəsi ərzində rəsmi “YouTube” kanalında 234 ölkədən 50,6 milyon izləyici izlədi ki, bu da 2019-cu illə müqayisədə 28% çoxdur. Canlı məzmuna baxanların 71%-ni 18-34 yaşlı gənclər təşkil edir.

Həmin həftə müsabiqənin rəsmi sosial media hesabları postlarda (“Instagram”, “Facebook”, “Twitter”, “TikTok”) 14 milyon baxış hesaba alınıb. Yeni “TikTok” kanalı həmçinin 4,3 milyon baxış əldə edib.

Məşqləri və üç canlı şouları əhatə edən yeni açılmış eurovision.tv xanlı bloqu da 1,5 milyondan çox oxucuya sahib idi.

Mövzu

2020-ci ilin dekabrında 2021 müsabiqəsinin loqosu 2020 loqosunun təkmilləşmiş variantı kimi təqdim edildi.

Yeni dizayn 2021-ci ilin mayında Avropanın döyünən ürəyi Rotterdamı dünya xəritəsində göstərirdi. “Loqo Rotterdamı iştirakçı ölkələrin paytaxtları ilə birləşdirir və formasından asılı olmayaraq bir araya gəlməyi simvolizə edir”,—deyə icraçı direktor Sietse Bekker bildirib.

Öncəki il olduğu kimi, loqo və konsept “Clever ° Franke” agentliyi tərəfindən işlənib hazırlanmışdır. 2020-ci il buraxılışının dizaynı “Avropa dizayn” mükafatına və “Red Dot Design” mükafatına layiq görülüb. Həmtəsisçi Gert Franke “stilini keçən ildən 2021-ci ilə qədər genişləndirdiklərini” və “sadə, ağıllı, minimalist və eksperimental”” elementləri saxladıqlarını, lakin sonra “Avroviziya Mahnı Müsabiqəsinin qayıdışını qeyd etmək üçün şənlik” əlavə etdiklərini söylədi.

Şounun şüarı, “#OpenUp”, 2020 müsabiqəsində olduğu kimi saxlanıldı.

Aparıcılar

Şantal Yanzen, Yan Smit, Edsiliya Rombli və Nikki de Yaxer (“NikkieTutorials”) 2021 müsabiqəsinin möhtəşəm aparıcıları oldular.

Next Post

Previous Post

© 2023 INFE Azerbaijan

Theme by Anders Norén