
İlin əsas favoritlərindən olan Lorin Finlandiyada “MTV Uutiset”-də qonaq olub və Käärijänin “Cha Cha Cha” mahnısı haqqında fikirlərini bölüşüb.
Lorin mahnının çox orijinal olduğunu və bəyəndiyini bildirib.
“Düşünürəm ki, “Cha Cha Cha” əla bir mahnıdır, çox xoşuma gəlir. Mahnının prodüseri və xoreoqrafı Benke mənim yaxın dostumdur. Mən yaradıcı hər şeyi sevirəm. Käärijanın ifasını görəndə onun həqiqətən yaradıcı olduğunu gördüm. Tamaşaçıya öz ifası ilə nəyi çatdırmaq istədiyi barədə düşünmək şansı verir. Bu kifayət qədər orijinaldır və əvvəllər görmədiyimiz bir şeydir”.
O, İsveç və Finlandiya arasında rəqabətin mümkünlüyündən də danışıb.
“Əslində, hazırda yarış haqqında düşünmək üçün kifayət qədər vaxtım yoxdur. Çoxdandır ki, yarış haqqında düşünmürəm. Biz rəqiblər əlimizdən gələni etməyə çalışırıq. Çünki mənim üçün musiqidə rəqabət yoxdur. Hər kəs əlindən gələni etməyə çalışır. Bu həm də zövqlərə aiddir. Bu barədə ümumi fikir, doğru və ya yanlış yoxdur. Hər kəsin fikri fərqli ola bilər. Amma bu bir oyundur və hamımızı sevindirir”.