SVT kreativ direktoru Anders Vistbacka “Aftonbladet” saytına verdiyi müsahibədə Lorinin Liverpulda olacaq səhnəsini digər təmsilçilər ilə eyni və ədalətli olacaq bir şəkildə qurmaq üçün məcbur dəyişdirəcəklərini açıqlayıb.

Anders deyir:

“Hazırda Lorinin necə bir səhnə ilə qarşımıza çıxacağı bəlli deyil. İki tərəf də ortaq bir yol axtarır. Performansı yenidən yaratmaq üçün ən azı səhnədə 15 nəfərə ehtiyacımız var və bu mümkün olan bir şey deyil. Duman effektləri müğənniyə mane törədə bilər və ya növbəti çıxış edəcək ölkə üçün problem yarada bilər. Lorin səhnəyə çıxmazdan əvvəl mütləq reklam arası olmaldır. Təbii ki, tavandan asılan led ekrana da icazə verilməyib.”

Qeyd edək ki, Lorin “Tatto” mahnısı ilə mayın 9-u birinci yarımfinalda 11-ci sırada çıxış edəcək.