Aftonbladetin xəbərinə əsasən, İsveçə 2012-ci ildə qalibiyyət gətirən Loreen bu il də ölkənin milli seçim turu olan Melodifestivalen-ə qatılacaq.

10 il keçməsinə rəğmən, hələ də müsabiqənin ən yaxşı qalibi kimi tanınan sənətçi həmin qalib mahnının müəllifləri Thomas G:son, Peter Boström və Jimmy Thornfeldt ilə birgə yarışmaya mahnı hazırlayacaq.

Avroviziya fanatlarının ən sevimli milli seçim turlarından olan Melodifestivalen 4 fevral-11 mart tarixləri arasında baş tutacaq.

Qeyd edək ki, Loreen 2017-ci ildə “Statements” adlı mahnı ilə yarışmaya qatılmış və “2-ci şans” mərhələsində Anton Hagmana uduzaraq finala vəsiqə qazana bilməmişdi.