2006-cı ildə Finlandiya adına “Hard Rock Hallelujah” adlı mahnısı ilə birinci yeri qazanan “Lordi” qrupunun solisti M.Lordi bu il Finlandiyanı təmsil edəcək Käärijanın “Cha Cha Cha” mahnısına fikirlərini bildirib.

Cənab Lordi kimi tanınan Tomi Putaansuu “Helsingin Uutiset“-ə verdiyi müsahibədə “Cha Cha Cha” üslubunda olan mahnıları heç vaxt bəyənmədiyini deyib və qeyd edib:

“Repə dözə bilmirəm. Hip hop şeytandan gəlir. Bu musiqini heç sevməmişəm, başa düşmürəm. Bununla belə, çox ağır fon və melodik nəqarət var ki, bu da mənim çox xoşuma gəlir”.

M.Lordi “İltalehti” qəzetinə müsahibəsində mahnını tənqid etməyə davam edib .

“Mahnıya münasibətim çox qeyri-müəyyəndir. Käärijä bir növ rok havasına malikdir. O, Rammstein fanatıdır və mahnının metal təməli var. Bunu bəyənirəm. Rep hissələrinə gəlincə, bunun yaxşı və ya pis olduğunu deməzdim. Məncə, melodiya olmayanda rep əsasən pis olur. Rep mənim üçün musiqi deyil”.

O, həmçinin Finlandiyanın bu il müsabiqədə necə bir yer tutacağını bilmədiyini söyləyib.

Mənbə: https://www.helsinginuutiset.fi/paikalliset/5812297