12 ifçının mübarizə apardığı Rumıniya milli seçim turu “Selecția Națională” növbəti qalibini seçib: Liverpulda Rumıniya bayrağını dalğalandıracaq şəxs Teodor Andreydir.
Keçən il münsif səsverməsində qanunauyğunsuzluq aşkarlanan ölkələrdən biri də Rumıniya idi. AYB və ölkənin birinci kanalı TVR arasında yaranmış anlaşılmazlıq ölkəni bu ildə müsabiqəyə qatılmaqdan çəkindərmədi.
Ölkənin sonuncu təmsilçisi WRS-in açlışını etdiyi gecədə aparıcılıq Ilinca Băcilă (Rumıniya 2017) və rumın müğənni Laurentiu Nikulesku həvalə edilmişdir.
Keçən ildən fərqli olaraq bu il ölkə təmsilçisini həm xalq səsverməsi, həm də yerli münsiflər heyətinin səsverməsi ilə müəyyən etməyib. Bu il bu vəzifə xalqa verilmişdir. Xalq isə “D.G.T. (Off and On)” mahnısı ilə mübarizə aparan Teodor Andreyi gecənin qalibi kimi görüb.
“D.G.T. (Off and On)” Luca De Mezzo, Luca Udățeanu, Teodorun özü və Xjahed tərəfindən yazılmışdır.
Teodor Andreyin 19 yaşı var və o tələbədir. O, çoxsaylı milli və beynəlxalq musiqi festivallarının qalibi olub, az yaşının olmağına baxmayaraq 100-dən çox mahnı bəstələyib.