Litvanın milli seçim turu olan Pabandom iš naujo!-nun ilk mərhələsi bu gün başlayır.
Müsabiqə ilk iki seçmə mərhələsi olan “Heat One” ve “Heat Two” , yarımfinal ve finaldan ibarətdir. Bu gün baş tutacaq “Heat One”-da 10 iştirakçı yarışacaq. Onlardan yalnız 5-i yarımfinal mərhələsində iştirak etməyə haqq qazanacaq. Eləcə də “Heat Two” çərçivəsində yarışacaq iştirakçılardan yalnız 5-i yarımfinal mərhələsində iştirak edə biləcək. Qeyd edek ki, keçən ilki yarışmanın qalibi olan The Roops birbaşa finala vəsiqə qazanıb. Bu gün baş tutacaq seçmə mərhələsində yarışacaq mahnılar:

  1. Black Spikes & Indrė Launikonytė “Don’t Tell Me”
  2. Thomukas “Wish”
  3. Be U “Love Yourself”
  4. Voldemars Petersons “I Never Fall for You Again”
  5. Martyna Jezepčikaitė “Thank You Very Much”
  6. Donata Virbilaitė “The Way I Am”
  7. Twosome “I Love My Bear”
  8. Milita Daikerytė “Shadows”
  9. Aldegunda “Sit Down”
  10. Titas & Benas “No”

Xatırladaq ki, müsabiqə Bakı vaxtı ilə 23:00-da başlayacaq. Şounu həm yayımçı kanalın Youtube səhifəsindən, həm də rəsmi saytdan izləyə bilərsiniz.