Rusiyanın 2020-ci il təmsilçiləri Little Big qrupu müharibə əleyhinə olan “Generation Cancellation” mahnısını yayımladıqlarını və ölkəni tərk etdiklərini bildirdi. Qrup üzvləri “Generation Cancellation” mahnısını “müharibə əleyhinə manifest” adlandırıb və sözü gedən mahnı üçün musiqi videosu da hazırlayıblar. Bu, qrupun 2022-ci ildə yayımladığı ilk video klipidir.
Daha əvvəl də Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxış edən Little Big üzvləri, Meduza-ya verdiyi açıqlamada qeyd ediblər ki, yeni klipdə onlar mövcud sosial və geosiyasi vəziyyət ilə əlaqəli, Pasxa yumurtaları ilə dolu vizual səhnə seçimləri ilə müharibəni, təbliğatı və siyasəti tənqid edirlər.
“Biz ölkəmizə sevirik, lakin biz Ukraynadakı müharibə ilə razılaşa bilmərik, bundan əlavə, biz istənilən müharibənin qəbuledilməz olduğuna inanırıq. Biz Rusiya hökumətinin hərəkətlərini pisləyirik. Rusiyanın hərbi təbliğat maşını bizi o qədər iyrəndirdi ki, hər şeyi atıb ölkəni tərk etmək qərarına gəldik” deyə Little Big qrupunun solisti İlya Prusikin (“İlyiç”) qeyd edib.