
Bu gün final mərhələsi keçirilən, Eurovision Mahnı Müsabiqəsinin ən qədim milli finallarından sayılan Danimarkanın “dansk Melodi Grand Prix 2019” müsabiqəsinin qalibi “Love is Forever” mahnısı ilə Leonora oldu və bununla da bu ilki müsabiqədə ölkəsini təmsil etməyə haqq qazandı. Qeyd edək ki, mahnının müəlliflərindən Lise Cabble eyni zamanda, Danimarkaya 2013-cü ildə qalibiyyət gətirən “Only Teardrops”mahnısının müəllifi idi.