Bu gecə La Zarra Avroviziya 2023 mahnı müsabiqəsində Fransanı təmsil edəcəyi mahnını ictimaiyyətə təqdim edib.
“Évidemment” mahnısının premyerası Bakı vaxtı ilə 22:30-da baş tutub. La Zarra artıq yanvarın əvvəlində Fransanın müsabiqədəki təmsilçisi olacağı elan edilmişdi. Fransa 2020-ci ildən bəri ilk dəfədir ki, müsabiqəyə daxili seçim ilə seçilmiş sənətçi və mahnı göndərir.
La Zarra kimi tanınan Fatimə Zəhra Hafdi Kanadanın Monreal şəhərində mərakeşli ailədə anadan olub. O, ilk dəfə 2016-cı ildə reper Nironun “Printemps blanc” (Ağ bahar) mahnısı ilə məşhur sənətçi kimi şöhrət qazandı. O, 2021-ci ildə “Tu t’en iras” adlı debüt solo sinqlını buraxıb.