Fransa Televiziyası 67-ci Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil edəcək adın Mərakeş əsilli La Zarra olduğunu açıqlayıb.

https://www.instagram.com/p/CnUYDgXIEpz/?igshid=YWJhMjlhZTc=

Sənətçi mahnısını milyonlarla tamaşaçı qarşısında ifa etmək şansı olduğu və Fransanı təmsil edəcəyi üçün çox fəxr etdiyini dilə gətirib.

Fransa deleqasiyasının rəhbəri Alexandra Redde-Amiel, ilk görüşdən La Zarranın xarizmasını, səsini nə qədər bəyəndiklərini vurğulayıb.

Görünüşə görə, Eurovision 2021-də ikinci və son illərdə iki dəfə Junior Avroviziya qalibi olan Fransa nümayəndə heyəti La Zarra ilə əla nəticələri davam etdirmək niyyətindədir.