Kosovanın ictimai kanalı “RTK” idarə heyəti tərəfindən gələcəkdə Avroviziya üçün milli seçim turu ola biləcək “Festivalit të Këngës”-in başlamasına aid qərar verilib.

RTK-nin yaydığı press-relizdə xüsusi olaraq bildirib ki, ölkə müsabiqəyə debüt etdikdən sonra “Festivalit të Këngës” artıq Avroviziya Mahnı Müsabiqəsində Kosovanı kimin təmsil edəcəyəni müəyyən etmək üçün milli seçim turu olacaq. RTK 2008-ci ildə müstəqilliyini elan edəndən bəri Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyi hədəfləyir.

RTK-nın baş direktoru 2022-ci ildə bəyan etmişdi ki, 2022-ci ilin sonuna kimi EBU-ya üzvlük üçün müraciət etməyi hədəfləyir, lakin bu, hələ baş tutmayıb. Cənab Ahmetxhekaj hesab edir ki, Rusiya və Belarusun çıxarılması və fəaliyyətinin dayandırılmasından sonra Kosovonun indi EBU-ya daxil olmaq şansı daha çox ola bilər.

Keçmişdə Kosovo digər Avroviziya tədbirlərində də iştirak edib. Məsələn, 2011-ci ildə RTK Avroviziya Gənc Rəqqaslar müsabiqəsində iştirak etmək üçün Trinqa Hsyanı seçmişdi.