İctimai Televiziya və Radio Yayımları Şirkətində baş verən köklü dəyişikliklər, Azərbaycanın Avroviziya mahnı müsabiqəsindəki nümayəndə heyətindən də yan ötmədi.
Nümayəndə heyətimizin rəhbərliyinə yenidən təcrübəli teleaparıcı Hüsniyə Məhərrəmova gətirilib.
Müsabiqədəki nümayəndə heyətimizdə baş verən dəyişikliklərdən biri də Azərbaycan nümayəndə heyətinin mətbuat katibi vəzifəsinə yenidən Konstantin Hudovun dəvət olunmasıdır.
Nümayəndə heyətimizin mətbuat katibinin klubumuza verdiyi açıqlamada: “Təcrübəli nümayəndə heyəti rəhbəri Hüsniyə Məhərrəmova ilə yenidən işləməkdən böyük xoşbəxtlik duyuram.”
2009-2017-ci illər ərzində Azərbaycanın uğurları üçün çalışan Konstantin Hudov, keçən il ölkəsi Ukrayna ilə birlikdə müsabiqədə iştirak etmişdir.