Ötən ilin sentyabr ayından təmsilçisini Siliya Kapsis olaraq seçən Kiprin mahnısı yayımlanıb.

Valideynləri əslən Yunanıstanın Selanik şəhərindən olan Siliya 2006-cı ildə Avstraliyanın Sidney şəhərində dünyaya gəlib və hazırda orada yaşayır. 4 yaşından oxumağa başlayan 17 yaşlı müğənni “Who Am I” adlanan ilk mahnısını 2022-ci ildə çıxarıb. Eyni ildə “Nikelodeon Avstraliya” kanalında “Pearly Gates” adlanan qısa filmdə baş rol alan müğənni həm də “Nikekodeon Uşaq” mükafatlarını da qazanıb.

Avroviziya 2024-də Kipri təmsil edəcək olan mahnı “Liar” adlanır və mahnı elektro-pop janrındadır.

Qeyd edək ki, Eleni Fureyranın “Fuego” mahnısı ilə ən yaxşı nəticəsini alan Kipr ardıcıl olaraq göndərdiyi qadın pop müğənnilərindən sonra bu il necə bir uğur qazanacağı maraq doğurur.