Bir neçə gün öncə Kipr yerli mediasında Sandronun gələn il ölkənin təmsilcisi olmayacağı xəbəri yayılmışdı.
Bu gün isə ölkənin ictimai kanalı CyBC, xəbəri təsdiqləyib. Kipr nümayəndə heyəti, “Eurovision:Europe Shine A Light” proqramında Kipri təmsil etdiyi üçün Sandroya təşəkkür edərək, 2021-ci ildə ölkəni təmsil etmək üçün yeni bir sənətçi seçmək fikrində olduğunu bildirib.
Xatırladaq ki, Sandro “Running” adlanan mahnı ilə 2020-ci ildə Kipri təmsil edəcəkdi.