Kipri Təl-Əvivdə keçiriləcək Avroviziya mahnı müsabiqəsində təmsil edəcək gürcü ifaçı Tamta müsabiqədə ifa edəcəyi “Replay” adlı mahnının 1 dəqiqəlik hissəsini vaxtından əvvəl yayımlamalı olub.
Kiprin Avroviziya mahnısı “Replay”in ilk demo versiyasının internet üzərində icazəsiz yayılmasından sonra ölkənin ictimai kanalı CYBC rəsmi facebook səhiflərində bununla bağlı açıqlama verib. Daha sonra isə mahnın bir dəqiqəlik fragmentını ifaçının rısmi youtube kanalında yayımlanıb.