Yayım Şurasının 9 üzvünün iştirak etdiyi gizli səsvermənin nəticələrinə əsasən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçkilərin qalibi Balakişi Qasımov olub.
“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq, səsvermənin yekun nəticələrinə əsasən, Qasımov Balakişi Ələkbər oğlu yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib.
Bu seçkidə iştirak edən yayım şurasının 9 üzvünün 9 nəfəri də Balakişi Qasımovun rəhbərliyinin kanala daha çox uğur gətirdiyini və növbəti illərdə onun rəhbərliyinə ehtiyac olduğunu düşünərək ona səs verib.