Birbaşa Avroviziya Mahnı Müsabiqəsinin yaranmasına ilham olmuş, nəinki İtalyada, eləcə də bütün dünyada böyük maraqla gözlənilən Sanremo Musiqi Festivalı başlayır.

1951-ci ildən fasiləsiz olaraq
yayımlanan bu böyük musiqi bayramı–Sanremo Musiqi Festivalının 2024-cü il buraxılışı Liquriyanın Sanremo şəhərindəki Ariston Teatrında keçiriləcək.

80-ci illərdən etibarən ölkəmizdə də maraqla izlənilən Sanremo Festivalı dünya səhnəsinə bir sıra tanınmış ustad sənətkarlar tövhə edib.

Toto Kutunyo, Al Bano və Romina Pouer, Andriano Çelentano, “Ricci e Poveri” və bir çox məşhur müğənnilərin zamanında yer aldığı festivalın 2024 buraxılışında bir yenilik baş verib. Belə ki, bu il iştirak edəcək sənətkarların sayı 30-a yüksəlib. Buna səbəb isə festivala olan maraqdır.

Və budur, ustadlar kateqoriyasında iştirak edəcək sənətçilər:

Fiorella Mannoiya
Geolier
Darcen Damiko
Emma
Fred De Palma
Angelina Manqo
La Sad
Diodato
Il Tre
Françesko Renya və Nek
Sancovanni
Alfa
Il Volo
Alessandra Amoroso
Qazzelle
Neqramaro
İrama
Roz Villeyn
Mahmud
Loredana Berte
The Kolors
Big Mama
Qali
Annalisa
Mr. Rain
Maninni
Ricchi e Poveri

İtaliyanın pop musiqisinin kraliçası Emma Marrone 3-cü cəhdini etməyə hazırlaşır. Müğənni daha əvvəl 2012-ci ildə “Non e linferno” mahnısı ilə festivalının qalibi olub. Ona yönləndirilən Avroviziya Mahnı Müsabiqəsində iştirak təklifini isə geri çevirmişdir. Rai kanalı Emmaya 2014-cü ildə bir başa Avroviziya Mahnı Müsabiqəsinədə iştirak təklifi edir və Emma bu təklifi qəbul edərək son yayımladığı hit mahnısı “Ammami” ilə yarışmada iştirak etmək istədiyini bildirir. Kanal daha sonra italyan rokunu Avroviziya fanatlarına xatırlamaq üçün mahnısını dəyişməsini və “La mia città” mahnısı ilə iştirak etməsini tələb edir. Bu israrlar sonrası Emma İtaliyaya son 10 ildə Avroviziya Mahnı Müsabiqəsinədəki ən uğursuz nəticəsini qazandırır. Müğənni verdiyi müsahibədə bildirib ki, yenidən qalib olarsa Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcək.

Siyahıda diqqət çəkən adlardan biri də İtalyanın sevilən yay hitlərinin ifaçısı Fred de Palmadır.

Sanremo Festivalının 2020-ci il buraxılışının qalibi Diodato da iştirakçılar arasındadır. Müğənni Avroviziya Mahnı Müsabiqəsində yarımçıq qalan işini tamamlamaq üçün növbəti cəhdini edəcək.

Bir çoxlarına görə 2015 Avroviziya Mahnı Müsabiqəsinin əsl qalibləri, əfsanəvi tenor qrup “Il Volo” 3-cü cəhdini edəcək.

Son 5 ildə iki dəfə festivalı qazanaraq rekorda imza atan Mahmud görünür ki qələbədən doymayıb. Baxaq görək, onun bu cəhdi necə dəyərləndiriləcək.

1978-ci ildə İtalyanı Avroviziya Mahnı Müsabiqəsinədə təmsil edən, həmçinin “Piccolo amore”, “Come vorei” kimi mahnılarla dünyada səs salan “Ricchi e Poveri” yenidən bu səhnədədir.

Siyahıda yetəri qədər tanınmış sənətkarların olması İtalyanın növbəti ildə də Avroviziya Mahnı Müsabiqəsinədə uğurlu olacağına bir işarədir.

Festivalın böyük finalı 10 fevral tarixində baş tutacaq.