Avroviziya 2023-də İsveçrəni Remo Forrer təmsil edəcək.

SRF kanalı 67-ci Avroviziya Mahnı Müsabiqəsində İsveçrə bayrağını Liverpulda dalğalandıracaq sənətçinin Remo Forrer olacağını açıqlayıb.

Hemberqdən olan 21 yaşlı musiqiçi üçün ölkəsini dünyanın ən nüfuzlu musiqi yarışmasında təmsil etmək ən böyük fürsətdir.

Remo deyir ki, “İsveçrəli musiqiçi üçün Avroviziya Mahnı Müsabiqəsindən böyük heç nə yoxdur. Mənim üçün bu, Çempionlar Liqasının musiqi ekvivalentidir və böyük şərəfdir. Avroviziya mövcud olan ən böyük musiqi tədbiridir və mən bütün iştirakçıların musiqiyə eyni həvəsi paylaşdığı bir yerdə olmağı inanılmaz dərəcədə ruhlandırıcı hesab edirəm.”

Remo Forrerin mahnısı, 7 Mart çərşənbə axşamı günü açıqlanacaq.