Ritmik mahnılarının ecazkar melodiyaları və öz istedadı ilə tanınan müğənni yeni işini bizlərə təqdim edir.

“Kite” eyforiya və azadlığın rəmzidir, yeni qarşılaşmanın həyəcanverici hissini və gətirdiyi sonsuz imkanları özündə birləşdirir. Mahnı həyatı ilhamlandırıcı səyahət və sevgi axtarışı kimi görməyi özündə ehtiva edir. Mahnının sözlərinin müəllifi Benyaminin özüdür, mahnının musiqisi müəllifləri isə məşhur bəstəkarlar Anya (Kayli Minouq), Con Şeyv (Britni Spirs, Zeyn), Salem Əl-Fakir və Vinsent Pontaredir. Prodüserlər Con Şeyv və “Vargas & Lagola” (Avicii, Madonna, Sia, A$, AP Rocky, Ledi Qaqa) olan mahnı zaman və janr sərhədlərini aşan musiqi əsəridir.

Benyamin İnqrossonun musiqidə yaradıcılıq səyahəti onun uşaqlığını dolduran ovsunlu melodiyalardan təsirlənir, 70-ci illərdən klassik İsveç pop ruhunu və 90-cı illərin sonlarından müasir təsirlərlə birləşdirir. Keçmiş və indinin həm musiqi, həm də vizual birləşməsi “Kite”ı zamansız musiqi əsəri kimi fərqləndirir.

Mahnı haqqında danışan Benyamin:

Pankın zərifliyinə və sərtliyinə daha çox yer verildi və mən daha “müasir” səslər seçməməyi qərara aldım. “Zamansızlıq” indiyədək yaratmaq istədiyim hər bir şey üçün açar söz olub. Sözlər birmənalıdır, bəzən xarici mənbələrdən istifadə etməyimə baxmayaraq öz şəxsi təcrübəmə dayanır. Düşünmürəm ki, öncədən bu qədər hər hansı bir mahnım üçün bu qədər həyəcanlanmışam.

“Kite” İnqrossonun çoxdan gözlənilən, bu ilin sonunda yayımlanması planlaşdırılan albomunun aparıcı sinqlı kimi təqdim edilir. Azarkeşlər mahnını Benyaminin “Better Days Tour 2024” adlı Avropa turunda da dinləyə bilərlər. Tur Niderland, İspaniya, Fransa, Almaniya, Böyük Britaniya, Norveç, Danimarka, İtaliya və Finlandiyanı əhatə edir.

Benyamin İnqrosso 850 milyondan çox dinləmə, 15 platinum və17 qızıl sertifikatlı
sinqlı ilə özünü İsveçin ən məşhur pop ulduzları siyahısında olduğunu sübuta yetirir. Onun mahnıları Bruno Mars və Corc Maykl kimi ifaçıların mahnıları ilə müqayisə olundu.

Stokholmda dünyaya gəlmiş piano və gitara ifaçısı olan Benyamin həyatını hələ uşaqlıqdan ikən musiqiyə həsr etmişdir.

2018-ci ildə İsveçi “Dance You Off” mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş müğənni sonradan “İlin TV personajı” Kristallen (İsveçin “Emmi” mükafatı) mükafatı, “İlin müğənnisi”, “Rökbyörnen”in “İlin ən yaxşı kişi müğənnisi” mükafatı və s. kimi nominasiyalara layiq görülmüşdür.