İsveç bir daha Lorin ilə Avroviziya səhnəsində yarışacaq.

Həftələrlə davam edən gərgin mübarizə, qələbə iddiaları və bukmeyker kontorlarının getdikcə azalan əmsallarından sonra Lorin nəhayət İsveçin “Melodifestivalen” milli seçim turunun bir daha qalibi oldu.
Bu axşam 39 yaşlı müğənni Stokholmdakı “Friends Arena”-da “Tattoo” mahnısı və təsirli ifası, eləcə də möhtəşəm səhnə şousu nəticəsində səsvermə lövhəsinin başında durmağı bacardı. Sirr içində batmış və böyük sevinclə təqdim olunan ifa həm xalq səsverməsinin, həm də musiqi peşəkarlarından ibarət beynəlxalq münsiflər heyətindən yüksək xallar qazandı.

İfa edəcəyi “Tattoo” mahnısının müəllifləri Cimmi Coker Törnfeldt, Cimmi Yansson, Lorin, Moa Karlebeker, Peter Boström, və Tomas Geysona məxsusdur.

Mərakeş əsilli İsveç müğənnisi olan Lorin Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində “Euphoria” adlı mahnı ilə ölkəsini təmsil etmiş və 372 xalla müsabiqənin qalibi olmuşdur.

https://youtu.be/b3vJfR81xO0