İsrailin Baş naziri Benyamin Netanyahuya idarəetmədə daha çox nəzarət imkanı verməyi planlaşdırılan məhkəmə islahatına qarşı kütləvi etirazlar böyüməyə davam edir. Cənab Netanyahu islahat prosesinə qarşı etiraz edən ölkənin müdafiə naziri Yoav Qalantı işdən çıxarması etirazçıları bir qədər də qəzəbləndirib. 600 mindən çox insanın küçələrə çıxdığı martın 25-i ölkə tarixinə ən böyük etiraz aksiyası kimi düşüb.

Etirazların 13-cü həftəsinə keçid etməsi və bu qədər kütləviləşməsi “Israel Calling” Avroviziya öncəsi partinin keçirilməsini də sual altına alıb. 3 Apreldə keçirilməsi planlaşdırılan və hazırda 8 ölkənin iştirakını təsdiqlədiyi bu partidə ev sahibi ölkə təmsilçisi Noa Kirel iştirak etməyəcək.

Qeyd edək ki, altıncı dəfə baş nazir vəzifəsini icra edən Netanyahuya qarşı hazırda korrupsiya ilə bağlı üç cinayət işi aparılır.

Mənbə: Azadlıq Radiosu, Sky News