İslandiyanı 64. Avroviziya mahnı müsabiqəsində “HATARI” qrupu təmsil edəcək.


İslandiya iki yarımfinaldan ibarət “Söngvakeppnin” adlı milli seçim turu ilə İsrail üçün təmsilçisini seçdi.

5 finalçının mübarizə apardığı gecədə iki ifaçı “Super final”a vəsiqqə qazanıb:

  1. Friðrik Ómar – Hvað ef ér get ekki elskað – Super Finalist
  2. Kristina Bærendsen – Mama Said
  3. Tara Mobee – Fighting for Love
  4. Hera Björk – Moving On
  5. Hatari – Hatrið mun sigra – Super Finalist

10 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti 2 raunddan ibarət səsvermə prosesi ilk olaraq “Super Finala” vəsiqə qazanan iki ifaçını müəyyənləşdirib.

Qeyd edək ki, 10 nəfərdən ibarət beynəlxalq münsiflər heyətinin tərkibində Azərbaycan adından da münsif yer alıb. Beləki, ölkəmizin müsabiqədəki nümayəndə heyətinin mətbuat katibi kimi çalışmış Konstantin Hudov Azərbaycanı münsif kimi təmsil edib. 

Ari Ólafsson and Eleni Foureiranın çıxış etdiyi gecənin sonunda “Hatrið mun sigra” adlı mahnı ilə Hatari İslandiyanı Təl-Əvivdə təmsil etməyə haqq qazanıb