İslandiyanın Avroviziya təmsilçisinin seçildiyi “Söngvakeppnin 2023”-ün möhtəşəm finalı baş tutdu və nəticədə “Power” mahnısı ilə Dilya qalib olaraq 2023 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini təmsil etməyə haqq qazandı.

Dilja Pétursdóttir ilk dəfə 2015-ci ildə “Iceland Got Talent” yarışmasına qatılanda onun 12 yaşı var idi. Səkkiz il sonra yenidən tamaşaçı qarşısına çıxan gənc müğənni bu səfər böyük bir məsuliyyətli işi öz öhdəsinə aldı.


“Power” Dilja və Pálmi Ragnar Ásgeirsson tərəfindən yazılmışdır. Palmi 2015-ci ildə İslandiyanın Avroviziya mahnısı olan “Unbroken” əsərinin müəlliflərindən biri olub.

İslandiya mayın 11-də keçiriləcək ikinci yarımfinalın birinci hissəsində yarışacaq.