“Söngvakeppnin 2024” şənbə gecəsi ilk yarımfinalı ilə start götürdü. Builki şounun formatında
müsabiqənin milli final statusu ləğv edildi, lakin sonda müsabiqənin qalibinə İslandiyanı
Malmödə təmsil etmək istəyib-istəməyəcəyinə dair sual verəcək.

Yarımfinalda beş iştirakçı yarışdı. İslandiya ictimaiyyəti öz sözünü dedikdən sonra böyük
finala vəsiqə qazanmaq üçün kifayət qədər səs toplayan “ANITA” və “VÆB”-in adaları
açıqlandı.


Gecənin aparıcıları Raqnhildur Steynun Yonsdottir, Siqurdur Torri Qunnarsson və Unnsteyn
Manuel Stefansson oldu.
“Söngvakeppnin 2024”-ün möhtəşəm finalında ən azı dörd sənətçi iştirak edəcək, lakin
yayımçı RÚV finalda iştirak etmək üçün başqa bir sənətçiyə şans vermək hüququna malikdir.
Böyük finalda isə nəticə iki tur səsvermədən sonra müəyyənləşəcək. Birinci turda İslandiya
tamaşaçıları və beynəlxalq münsiflər heyəti birgə səs verəcək və reytinqdə ilk iki yeri tutanlar
ikinci tura yüksələcəklər. Bu superfinalda yalnız islandiyalı tamaşaçılar səsvermə hüququna
malikdir və onların səsləri birinci turdan olanlarla birləşdirilərək qalib müəyyən ediləcək.