Azərbaycanın Eurovision Mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri İsa Məlikova məxsus olan Baku Music Factory şirkətinin rəsmi YouTube kanalı YouTube tərəfindən müəllif hüquqlarının pozulması səbəbindən silinib.

Qeyd edək ki, Azərbaycanın YouTubeda ilk musiqi kanalı olan BMF-nin 175.000-dən çox izləyicisi, 116.000.000-dan çox ümumi baxış sayı var idi.

2010-cu ildə bəstəkar və prodüser İsa Məlikov tərəfindən açılan kanalda həm məhşur, həm də qeyri-peşəkar ifaçıların klipləri yer alırdı.

1news.az saytına açıqlama verən İsa Məlikov, bunun absurd səhvlər ucabtından baş verdiyini və kanalın bərpası üçün işlər aparıldığını qeyd edib.