1993-cü ildə Millstritdə evdə keçirilən müsabiqədə qalib gəldikdən sonra müsabiqə Dublindəki “Point Theater”-də səhnələşdirildi. İrlandiya 1994-cü ildə Avroviziya Mahnı Müsabiqəsi üçün iki yeni rekord təyin etdi; onlar 6-cı və ardıcıl 3-cü dəfə müsabiqənin qalibi oldular.

Yenə etdilər… və yenə!

1994-cü ildə yeddi ölkə Avroviziya Mahnı Müsabiqəsinə qoşuldu və bu, müsabiqənin başladığı 1956-cı ildən bəri iştirakçı sayının ən yüksək həddi idi. Dublində keçirilən 39-cu Avroviziya Mahnı Müsabiqəsində Estoniya, Macarıstan, Litva, Polşa, Rumıniya, Rusiya və Slovakiya debüt etdi. Polşanın Avroviziya Mahnı Müsabiqəsində debütü çox uğurlu oldu, o zamankı təmsilçi Edita Qorniak 166 xalla ikinci oldu.

1994-cü ildəki interval akt qismində hələ o zamanlar tanınmayan “Riverdance qrupu oynadı, ənənəvi İrlandiya xalq musiqisini müasir rəqslə birləşdirən hərəkətlərlə öz şoularını ərsəyə gətirdilər. “Riverdance” qlobal fenomenə çevrildi, iştirakçı sənətçilər istisna olmaqla, bu, Avroviziya səhnəsində bir şouya ayrılmış ən böyük pul vəsaiti idi. Litva tarixində ilk dədə sıfır xal topladı.

Qalib haqqında

Mahnı müsabiqəsinin tarixində heç vaxt bir ölkə ardıcıl üç dəfə qalib olmamışdı. İrlandiyalı iştirakçılar Pol Harrinqton və Çarli Makqettiqan “Rock ’n Roll Kids” mahnısını ifa etdilər, nəticədə bu, ikincini 60 xal qabaqladı və 226 balla o tarixə qədər Avroviziya Mahnı Müsabiqəsində ən yüksək xalı əldə etdi.

Faktlar və rəqəmlər

• Səsvermə zamanı telefondan deyil, peyk bağlantılarından istifadə olundu, bu da münsiflər heyətinin sözçülərinin arenaya ilk dəfə video formatda bağlanması demək idi;

• Məşqi zamanı polşalı iştirakçı Edİta Qorniak qaydaları pozaraq ifasının yarısını ingilis dilində ifa etdi. Buna baxmayaraq, ona canlı şouda yarışmağa icazə verildi.

• Bosniya və Herseqovinaya zalda dəstək o qədər güclü idi ki, müğənni ilk notu qaçırsa da, tezliklə qaydasına sala bildi.