“Eurosong 2024”də 20 yaşlı müğənni İrlandiya münsifləri tərəfindən 3-cü, beynəlxalq münsiflər və xalq səsverməsi tərəfindən isə 1-ci olaraq dəyərləndirildi və ölkəsini müsabiqədə təmsil etməyə haqq qazandı.

Bembi Taq 2003-cü ildə İrlandiyada dünyaya gəlib və hazırda Londonda yaşayır. İlk dəfə 2021-ci ildə “Birthday” və ardıca “PMP” adlı sinqlları ilə ölkəsində tanındı. 2023-cü ildə isə “Cathexis” adlı albomu yayımlandı.

Müğənni özünün qeyri-binar olduğunu açıqlayıb və mahnısında insan bacarıqları və real şəxsiyyətinin görməzdən gəlinməsi, səsinin eşidilməməsindən bəhs edir. Qeyd edək ki, mahnı isveçli bəstəkarlar tərəfindən bəstələnib.