Avroviziya Mahnı Müsabiqəsinə bir ay qala müsabiqə pərəstişkarları mərc kontorları ilə yanaşı, həm də müsabiqənin rəsmi fan-klublarının səsvermələri ilə də yaxından maraqlanırlar.

Artıq 8-ci ildir ki, “Avroviziya Fanatlarının Beynəlxalq Şəbəkəsi — INFE” müsabiqənin ən vacib saytlarından “esctoday.com” ilə əməkdaşlığını davam edir. Bu ilki səsvermə ilk olaraq “INFE Moldova” klubu ilə başlayır.

Klubun 12 xalı qonşu Ukraynaya, 10 xalı Avstriya, 8 xalı isə Yunanıstana gedir.

Avroviziya Mahnı Müsabiqəsinin qalibini proqnazlaşdırmaq bir o qədər də asan iş deyi. Keçən il “INFE” fan-klubları müsabiqənin qalibini nəinki düzgün proqnozlaşdırdı, hətta müsabiqənin ikincisini də düzgün şəkildə müəyyənləşdirməyi bacardı. Səsvermənin üçüncüsü Norveç isə müsabiqəni ilk 5-likdə tamamlamışdır. Buna qədər isə klublar iki dəfə, 2018 və 2019-cu illərdə müsabiqənin qalibini düzgün təxmin etmişdi.