Avroviziya Mahnı Müsabiqəsinə sayılı günlər qala pərəstişkarların həvəslə gözlədiyi ilin ən maraqlı hadisələrindən olan INFE şəbəkələrinin səsverməsi başlayıb.
Ötən il İspaniyanın qələbəsi ilə yekunlaşan səsvermə bizə yarışmada mümkün ola biləcək nəticələrə yaxın bir sıralama təqdim edir.
Artıq yeddinci ildir ki, Avroviziya Mahnı Müsabiqəsinin fanat şəbəkəsi olan “INFE Network” “ESCToday” saytı ilə əməkdaşlıq edir.
Yerli fan-klubun üzvləri artıq 2023 Avroviziya Mahnı Müsabiqəsində yarışan sevimli mahnılarına səs veriblər. Xallar “ESCToday” vasitəsilə paylaşılacaq.
İlin ilk nəticələri isə Kiprdən gəlib.

“INFE Poll”-un 2023-cü il buraxılışında ilk 12 xalı Norveç alır, ikinci yerdə İsrail, üçüncü yerdə isə Yunanıstan gəlir.