22 INFE fan klubunun və esctoday.com-un birgə əməkdaşlığı ilə “INFE səsverməsi” üçüncü ilində müsabiqənin növbəti qalibinin kim olacağını əvvəlcədən müəyyənləşdirməyə çalışacaq.

Ənənəvi “Eurovision” üsulu (12 xal – ən yüksək, 10, 8, 7-1) ilə INFE (Eurovision Fanlarının Beynəlxalq Şəbəkəsi) ölkələri 22 gün ərzində səs verəcək.

INFE səsverməsi şimal-qərb qonşumuz Gürcüsatan klubunun səsverməsi ilə rəsmi olaraq açıq elan edilir:

1 xal – Azərbaycan ??
2 xal – Şimali Makedoniyaya ??
3 xal – Fransa ??
4 xal – İsveçə ??
5 xal – Hollandiya ??
6 xal – Malta ??
7 xal – İtaliya ??
8 xal – İsrail ??
10 xal – İsveçrə ??

INFE Gürcüstanın 12 xalı Kipri təmsil edən gürcü ifaçı Tamtaya gedib!
12 xal – Kipr ??