Öncəki illərdə olduğu kimi, INFE Azərbaycan idarə heyətinin daxili səsverməsi ilə klubun növbəti prezidenti təyin edilib.
Belə ki, komandanın səsverməsi nəticəsində növbəti 3 ildə INFE Azərbaycan fan klubunu idarə edəcək şəxs Sənan Həsənzadə seçilib.
Komandamız ona fəaliyyət müddətində uğurlar arzu edir!
Qeyd edək ki, buna kimi klubumuzda bu vəzifəni Elmira Məmmədova idarə edirdi.

İllər əvvəl Avroviziya Mahnı Müsabiqəsini izləyərkən, həyəcanlanarkən ətrafımda özüm kimi Avroviziya fanatı yox idi və sevincimi, həyəcanımı paylaşacaq bir insan belə tapa bilməyib məyus olurdum. Bir neçə il öncə isə Elmira xanım ilə tanış olub, onun Avroviziyanın Azərbaycandakı fan klubunun prezidenti olduğunu öyrəndikdə çox sevinmişdim çünki artıq bu barədə tək deyildim. İllər ötdü və May ayında layihə meneceri olaraq INFE Azerbaijan-a daxil oldum. İki uğurlu tədbir gerçəkləşdirdik və gerçəkləşdirməyə davam edəcəyik. İndi isə artıq həmin komanda mənə güvənərək idarəetməni mənə həvalə etdilər və növbəti üç il üçün Prezidentlik ünvanını mənə layiq gördülər. Ümir edir və inanıram ki, güvənlərini boşa çıxarmayacaq və INFE Azerbaijan adını daha yaxşı və uğurlu bir şəkildə təmsil edəcəyəm.

Sənan Həsənzadə