İştirakçı ölkələr, 65-ci Avroviziya Mahnı Müsabiqəsi üçün seçimlərini etməkdə davam edir.

Bir neçə gün öncə, Tom Leeb qatıldığı “Good Morning Week-end” adlı proqramda növbəti il üçün başqa planlarının olduğunu və ölkəsini müsabiqədə təmsil edə bilməyəcəyini söyləyib.

Fransa Televiziyası isə gələn il yeni bir formatda milli seçim turunun baş tutacağını açıqlayıb.

Xatırladaq ki, Tom Leeb, “Mon Alliée (The Best In Me)” adlı mahnıyla Fransanı 2020-ci ildə Avroviziyada təmsil edəcəkdi.

Seçimini edən bir digər ölkə isə Xorvatiyadır.

Damir Kedzo, sosial şəbəkədə bu haqda açıqlama verərək Xorvatiyanın gələn il təmsilcisini Dora adlı milli seçim turu ilə seçəcəyini bildirib.

https://www.instagram.com/p/CBx2WrHp3eS/?utm_source=ig_web_copy_link

Qeyd edək ki, Damir Kedzo, Dora müsabiqəsini qazanaraq “Divlji Vjetre” mahnısıyla ölkənin Avroviziyadakı təmsilcisi olma haqqını qazanmışdı.