2024-cü il mövsümünün möhtəşəm finalında yeni “Söngvakeppnin” çempionunun adını öyrəndik. Hera Byörk “Scared of Heights” mahnısı ilə müsabiqənin qalibi oldu.

Builki müsabiqə ölkənin Avroviziya təmsilçinin müəyyənləşdirildiyi seçim turu özəlliyini itirdi, beləliklə, artıq müsabiqə qalibi olmuş ifaçılar əgər Avroviziyaya yollanmaq istəsələr, yayımçı kanalla müqavilə bağlayacaqlar. Beləliklə, daha öncə 2010-cu ildə İslandiyanı təmsil etmiş Hera Malmödə İslandiya adına yarışmaq istəyib-istəməyəcəyinə qarşıdakı günlərdə qərar verəcək.

“Söngvakeppnin 2024”: Yekun nəticələr

Böyük final iki turda baş tutdu. Beş artistin hər biri ifalarını tamamladıqdan sonra beynəlxalq münsiflər heyətinin və yerli ictimaiyyətin 50:50 səs bölgüsü superfinala yüksələcək iki sənətçinin adına aydınlıq gətirdi. Superfinala vəsiqə qazanan sənətçilər:

  1. Hera Byörk – “Scared of Heights”
  2. Bəşər Murad – “Wild West”

Superfinalda yekun nəticəni müəyyənləşdirmək ictimaiyyətin seçiminə buraxıldı. İzləyicilərin yenidən səs vermək şansı oldu və bu yeni səslər birinci turda verilən səslərin üzərinə gəldi. Nəticədə Hera Byörkün gecənin qalibi olduğu gecənin sonunda bəlli oldu.

Səhnəyə çıxış sırası

  1. Væb – “Bíómynd”
  2. Hera Byörk – “Scared of Heights”
  3. Anita – “Downfall”
  4. Bəşər Murad – “Wild West”
  5. Siqqa Ozk – “Into the Atmosphere”

“Söngvakeppnin 2024” nəticələri haqqında fikirləriniz nələrdir? İslandiya düzgün qərar verdimi? Aşağıda, şərh bölümündə fikirlərinizi bizimlə bölüşün.