Qarabağın baş məşqçisi Qurban Qurbanovun oğlu, futbolçu Musa Qurbanov İsveçin “Djurgårdens IF” komandasına transfer olub.

Stokholmdan olan “Djurgårdens IF” komandası 2024 Avroviziya Mahnı Müsabiqəsinin paytaxtda keçirilməsinə etiraz edən üç futbol klubundan biridir.

Belə ki, Lorinin qələbəsindən sonra ev sahibliyi müzakirəsi və ardınca etirazlar davam edirdi. Hələ ev sahibi şəhər açıqlanmasa da Stokholmdan olan yerli futbol komandaları müsabiqənin “Tele2” arenasında olmasına narazılıq ediblər. Həmin müddətdə nə olursa olsun, daimi məşqlərinin baş tutduğu arenalarını bu yarışma üçün paylaşmayacaqlarını açıqlayıblar.

Komanda sədri Mattis Fri bu barədə mətbuata açıqlama verib:

“Mənim Avroviziya ilə heç bir problemim yoxdur. Lakin yarışma üçün təyin olunan müddət bizim oyunlarımız və məşq cədvəlimizə uyğun gəlmir. Çünki aprel və may ayları bizim ən çox çalışdığımız vaxtlardır.”

“Avicii” arenanın təmirə bağlanması, “Tele2” arenanın mümkünsüzlüyü və Taylor Sviftin həmin ərəfədə “Friends” arenada konsertinin baş tutacağını nəzərə alsaq, bu qərara gələ bilərik ki, paytaxt Stokholm 2024 Avroviziya Mahnı Müsabiqəsi üçün əlverişli olmayacaq.