Nəhayət, ilk yarımfinal gününə gəlib çatdıq. Bu gün Birləşmiş Krallığın Liverpul şəhərində 67-ci Avroviziya Mahnı Müsabiqəsinin birinci yarımfinalı baş tutacaq.
Gecənin sonunda xalq səsverməsindən ən çox xal toplayan on ölkə şənbə günü keçiriləcək böyük finala vəsiqə qazanacaq.
Dünən keçirilən geyim məşqindən sonra bukmeker kontrollarının əmsallarında bir sıra dəyişikliklər baş verdi.
Bütün ehtimalları nəzərə alaraq, bu əmsallara etibar etmək olarmı deyə bir düşünək.
Bir sıra illərdə bu proqnozlar özlərini doğrultmur. İndi isə bu günkü təxminləri birlikdə gözdən keçirək.
Görək, bukmekerlər bizə nə deyir:
Finlandiya: 96%
Deyə bilərik ki, “Käärjä” rahatlıqla finala vəsiqə qazana bilər, həm bukmeker kontrollarında, həm də fanat listlərində onun səs-küylü performansı ön pillələrdədir.
İsveç: 96%
Dünənki geyim məşqinə qədər əmsalı aşağı olan İsveç Lorinin çıxışından sonra qalibiyyət şansını 40%-in üzərinə çıxartdı. Və finala vəsiqə qazanması qaçılmazdır.
İsrail: 96%
Noa Kirelin ifa edəcəyi “Unicorn” mahnısı müsabiqənin əsas favoritlərindən biri sayılır. İsrailin pop ulduzunun finala yüksəlməməsi üçün bir səbəb yoxdur.
Norveç: 96%
Sadəcə xalq səsverməsinin olacağını nəzərə alsaq, “Spotify” və “TikTok” platformalarında viral olan “Queen of Kings” mahnısı ilə Norveç finalçı ölkələr siyahısında olacaq.
Çexiya: 93%
Bir çoxlarının fikrincə, siyasi sözlər daşıyan “My Sister’s Crown” mahnısı və bu mahnını ifa edən qız qrupu ilk gündən fanatların göz bəbəyidir. Finala qalmaq şansı da bir o qədər yüksəkdir.
Moldova: 90%
Paşa Parfeninin səhnə təcrübəsini ifa etdiyi etnik mahnı və hər il Moldovaya gələn yüksək xalq səslərini də göz önünə alsaq, Moldovanın finala qalması sürpriz olmaz.
Serbiya: 78%
Serbiyanın ötən ilki uğuru onların bir daha fərqli bir janrla qatılmasına səbəb yaradıb. Əminəm ki, Lyuk Blek bizi finalda yer almağa layiq olduğuna göstərdiyi ekstravaqant performansı ilə inandırmağı bacarıb.
İsveçrə: 73%
Ötən il İsveçrənin bənzər çıxışla xalq səsverməsindən 0 xal toplaması bu gün onların final şanslarını sual altında qoyur.
Portuqaliya: 70%
Portuqaliyanın son illərdə əldə etdiyi üst-üstə uğurları düşünsək və bu çıxışında avroklublarda hit olacağına ehtimal versək, Portuqaliya bu gün finala vəsiqə qazana biləcək.
Xorvatiya: 67%
“Ana, o başdan xarab məni müharibəyə yollayır.” “Let 3” qrupu finala qalacaqmı? Bu mövzuda hər kəs həmfikir deyil. Bir çoxları onların yarışmanı yüksək pillədə bitəcəyini düşünərkən, bir çoxlarına görə də bu mahnı sonuncu olacaq.
Həqiqətən, bizə də maraqlıdır. Xorvatiya finala qala biləcəkmi?
Niderland: 56%
Cütlüyün harmoniyası göz oxşayır. Final üçün isə şansı bir o qədər gözlənilmir.
Malta: 32%
Çox rəngli, əyləncəli bir çıxış edecək olan “The Busker” qrupu təəssüf ki, ilk gündən finala namizəd olaraq göstərilməyib.
Latviya: 21%
Çox az adama xitab edən mahnı ilə qatılan Latviya bizimdə düşüncəmizə görə çox az adamdan xal toplayacaq.
Azərbaycan: 19%
Geyim məşqindən sonra bir pillə irəliləyən Azərbaycan bu gün sürpriz finalçı olmağa namizəddir.
İrlandiya: 17%
İrlandiyanın öncəki vaxtlarına qayıtması artıq mümkün görünmür. Və gecənin sonuncusu olmağa namizəd olaraq göstərilirlər.
Düşünürük ki, bu axşam bizi bir çox sürprizlər gözləyir və nəticələrin ədalətli olacağına inanırıq.
