Finlandiya bu gün ölkənin Avroviziya mahnı müsabiqəsindəki təmsilçisi Darudenin müsabiqə mahnısı ilə bağlı qərarını verdi.

Təmsilçisini daxili seçim ilə seçən Finlandiyanın birinci kanalı, ölkəni təmsil edəcək mahnını milli seçim turu ilə müəyyənləşdirib.

Aparıcılığını ölkənin 2013-cü il təmsilçisi Krista Siegfrids, Mikko Silvennoinen və Christoffer Strandbergin etdiyi Finalandiyanın milli seçim turu “Uuden Musiikin Kilpailu 2019″ (qısa: UMK19) Finlandiyanın Turku şəhərində baş tutub.


UMK19 aparıcıları Mikko Silvennoinen (sağ)
Krista Siegfrids (orta) və Christoffer Strandberg (sol) © Yle / Miikka Varila

Darude milli seçim turunda özünün hazırladığ 3 mahnı ilə çıxış edib:

Ölkənin Avroviziya mahnısı beynəlxalq münsif və tamaşaçı səsverməsi ilə müəyyən edilib.

Darude Təl-Əvivdə ifaçı Sebastian Rejman ilə birlikdə “Look Away” adlı mahnı ilə ölkəsini təmsil edəcək.