Aparıcılığnı Samu Haberin etdiyi Finlandiyanın ənənəvi seçim turu olan “UMK 2023”-ün finalı Turku şəhərində “Logomo”-da baş tutdu. Bu ardıcıl ikinci il və ümumilikdə üçüncü dəfədir ki, “Logomo” müsabiqəyə ev sahibliyi edirdi.

Gecənin qonaqları isə, “The Rasmus” qrupu və ötən il “UMK” yarışmaçısı BESS şouya maraqlı rəng qatdılar.

Gecənin qalibi həm münsif həm də xalq səsverməsini ilə seçildi və “Kääarijä” — “Cha Cha Cha” mahnısı ilə toplamda 539 xalla 1-ci olaraq Finlandiya bayrağını Liverpulda Avroviziyada dalğalandırmağa haqq qazandı.

“Käärijä” hələ uşaqlıqdan Avroviziya Mahnı Müsabiqəsi izləyicisi olub, onun ən çox sevdiyi Avroviziya mahnısı isə Verka Serduçkanın “Dancing Lasha Tumbai” mahnısıdır. O deyir ki, “Finlandiya parti ölkəsidir. Ağır metal ölkəsi və pop ölkəsidir. O həmçinin, bu mahnıda onların hamısını bir araya gətirib.”

Doğru ili doğru mahnını gözləyirdim deyən “Käarija” qələbəsindən 150% əmin olduğunu deyir. “Cha Cha Cha” Aleksi Nurmi, Yere Pöyhönen, Yohannes Naukkarinen və Yukka Sorsa tərəfindən yazılmışdır. Utanmayan və gözlənilməz olan “Käärijä” sərhədləri aşmağı, öz ritmini izləməyi və yeni şeylər kəşf etməyi sevir. “Käärijä”-nın debüt albomu “Fantastista” 2020-ci ildə işıq üzü gördü.

“Käärijä” musiqiyə olan həvəsini nağara çalmaqla başladı.Orta məktəbdə o, nağara dərsləri almağa başladı, lakin orta məktəbə başlayanda onun marağı repə yönəldi.

“Käarijä” mayın 9-da birinci yarımfinalın ikinci yarısında çıxış edəcək.