5 günlük onlayn səsvermə marafonunda bütün səslər hesablandı və biz “INFEVision Video Contest 2022” təmsilçisimizi təqdim etməyə hazırıq.
5 ifaçının – Murad Arif, Bahar, SAHRA, Röya və Mila Mile mübarizə apardığı seçimdə toplam səslərin 88.4%-i toplayan Röya fan-klubumuzu “Dəli Kimi” adlı mahnıya çəkilmiş video klip ilə INFE Rumıniyanın ev sahibliyi edəcəyi müsabiqədə təmsil edəcək.
Son nəticələrlə aşağıdakı diaqramda tanış ola bilərsiniz:

Röya, liberal artistik stili ilə tanınan Azərbaycanın pop müğənnisidir. “Dəli Kimi” mahnıda məzəli ingilis sözləri ilə rep hissəsində iştirak edən məhşur aktyor Nicat Rəhimovla duetdir. Mahnıda əsas qəhrəmanın həyata baxış tərzi və hədəflərindən söz gedir. O artıq heç kimlə danışmaq istəməyən və tək olmağı arzulayan biridir. Bütün tanışlarından özünü uzaqlaşdıran Röya, dəli kimi olmaq mənim üçün daha yaxşıdır deyir.