Dünən axşam baş tutan “Melodifestivalen 2024”-ün son hissəsi və yarımfinalından sonra final mərhələsində yarışacaq olan bütün mahnılar məlum olub. 5-ci və son hissəni xalqdan ən çox səs alaraq birbaşa finala vəsiqə qazanan ilk iştirakçı “Unforgettable” mahnısı ilə Markus və Martinus əkizləri, yaş qruplarına görə səsverməni isə “Que sera” mahnısı ilə “Medina” düeti qalib bitirdi.

Baş tutan yarımfinal mərhələsində isə ikinci şans əldə etmək üçün yarışan 10 mahnıdan ən çox səs toplayaraq finalda mübarizəsini davam etdirmək haqqı qazanan iştirakçılar Annika Vikihalder və Cey Smit olub.


Qeyd edək ki, final mərhələsi 9 mart tarixində, Bakı saatı ilə 23:00-da baş tutacaq. Hazırda finalda yarışacaq olan iştirakçıların və onların səhnəyə çıxış sıralaması aşağıdakı kimidir:

1. Mariya Sur — “When I’m Gone”
2. Cey Smit — “Back to My Roots”
3. Lisa Ayaks — “Awful Liar”
4. Smash Into Pieces — “Heroes Are Calling”
5. Kazi Opeya — “Give My Heart a Break”
6. Annika Vikihalder — “Light”
7. Markus və Martinus — “Unforgettable”
8. Dotter — “It’s Not Easy to Write a Love Song”
9. Medina — “Que sera”
10. Liamu — “Dragon”
11. Jaklin — “Effortless”
12. Danni Sausedo — “Happy That You Found Me”