Bu il may ayında Malmödə baş tutacaq olan müsabiqəyə ev sahibliyi edəcək olan İsveç birbaşa finalda yarışacağı mahnısını müəyyən edib. Bu yalnızca Avroviziya fanatları tərəfindən yox, həmçinin Skandinaviyada, eləcə də digər ölkələrdə uşaqlıqlarından bəri tanınan və sevilnən Markus və Martinus qardaşlarıdır. Əslən Norveçdən olan əkiz qardaşlar “Melodifestivalen”-də ilk çıxışlarını ötən il “Air” mahnısı ilə etmiş və Avroviziya 2023-ün qalibi Lorinə məğlub olaraq yarışmanı ikinci sırada tamamlamışdılar. Bu il qatıldıqları yarışda həm münsiflər, həm də xalq tərəfindən ən çox səs toplayaraq yarışı qalib tamamladılar və İsveçi Avroviziya 2024-də təmsil etməyə haqq qazandılar.

Markus və Martinus qardaşları 2002-ci ildə Norveçin Elverum şəhərində doğulub-böyümüşdürlər. Uşaqlıqdan musiqi ilə məşğul olan əkizlər əsasən pop və pop-rep janrında ifa edillər. İlk dəfə 2015-ci ildə çıxardıqları “Hei” və “Together” sinqlları ilə məşhurlaşdıqdan sonra eyni ildə norveçli reper “Katastrofe” ilə oxuduqları “Elektrisk” mahnısı hazırda “YouTube”-da 417 milyon izlənməyə sahibdir.

Avropada kifayət qədər şöhrət qazanmış olan əkizlərin başqa bir ölkəni təmsil etməsi və eyni zamanda həmin ölkənin ev sahibi olması müsabiqədə necə uğur qazanacaqları sualına maraq doğurur.