Bir sıra tanınmış adın yenidən şansını sınayacağı İsveçin məşhur musiqi festivalı olan və bir sıra ölkədə sevilərək izlənilən “Melodifestivalen 2024” iştirakçıları bəlli oldu.
İlk dəfə 30 namizədin yer alacağı tədbirin həftəlik sıralaması bu şəkildədir:

Birinci hissə: 3 fevralda Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək Malmö Arenada baş tutacaq.

Bu şouda mübarizə aparacaq sənətçilər:

Liza Ayaks – Of a Liar
– Eliza Lindström – Forever Yours
– Samir & Viktor – Hela världen väntar
– Smash Into Pieces – Heroes Are Calling
– Melina Borqlov – Min melodi
– Adam Vuds – Supernatural

Liza Ayax, Samir & Viktor, “Smash Into Pieces” müsabiqəyə geri dönən sənətçilərdir.

İkinci hissə Götenborq şəhərində Skandinavium Arenada baş tutacaq.

Bu hissədə mübarizə aparacaq sənətçilər:

C-Joe – Ahumma
– Liamoo – Dragon
– Engmans kapell – Norrland
– Fröken Snusk – Unga och fria
– Mariya Sur – When I’m Gone
– Dear Sara – The Silence After You

Liamoo və Ukrayna əsilli Mariya Sur müsabiqəyə geri dönən sənətçilərdir.

17 fevral tarixində Vaksyo şəhərinin Vida Arenası üçüncü hissəyə ev sahibliyi edəcək.

Bu hissədə mübarizə aparacaq sənətçilər;

Klara Klinqenström – Aldrig mer
– Jaklin – Effortless
– Klaudi – For dig
– Kazzi Opeiya – Give My Heart a Break
– Qunilla Persson – I Won’t Shake
– Kim Seserion – Take My Breath Away

Klara Klinqenström və Kazzi Opeiya müsabiqəyə dönüş edən sənətçilərdir. Kazzi Opeiya daha əvvəl iştirakçı olaraq uğur qazanmasa da İsveçə son qalibiyyətini qazandıran “Tattoo”nun müəllifləridən biridir.

Eskilstuna şəhərində Stiqa İdman Arenasında 24 fevralda dördüncü hissə baş tutacaq.

Bu hissədə mübarizə aparacaq sənətçilər:

Liya Larsson – 30 km/h
– SCARLET – Circus X
– Albin Tinqvol – Done Getting Over You
– Lasse Stefans – En sång om sommaren
– Danni Sausedo – Happy That You Found Me
– Dotter – It’s Not Easy to Write You a Love Song

Danni Sausedo və Dotter kimi uğurlu sənətçilərin yer alacağı bu hissə çox güclü olacaq kimi görünür.

Beşinci hissə 2 mart tarixində Karlstad şəhərində Lofberqs Arenada baş tutacaq.

Bu hissənin iştirakçıları isə:

Cey Smit – Back to My Roots
– Elecktra – Banne maj
– Çelsi Muko – Controlla’
– Annika Vikihalder – Like
– Medina – Que sera
– Marcus & Martinus – Unforgettable

Ötən yarışmanın uğurlu əkizləri norveçli Markus və Martinus qardaşları, yarışmada isveç dilində mahnıları ilə uğur qazana biləcəyini düşünən “Medina” qrupu bu hissənin xilaskarı ola bilər.

Yarışmanın böyük final mərhələsi 9 mart tarixində paytaxt Stokholmda baş tutacaq.

Müsabiqənin qalibi İsveçi Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.