Dünən Litvanın Avroviziya milli seçim turu olan Eurovizija.LT yarışmasının birinci mərhələsi baş tutdu.

8 iştirakçının yarışdığı gecədə həm xalq, həm münsif səsverməsi ilə böyük finala vəsiqə qazanan 2 namizəd seçildi. Beləliklə, Silvester Belt və VB Gang milli finalda ölkəni Avroviziyada təmsil etmək uğrunda mübarizə aparaq.

Bu gün çıxış edən 8 iştirakçı isə bunlar idi:
-Živilė Gedvilaitė – “Save Me”
-Antoine Wendo – “Say No More”
-Marius Petrauskas – “Kol laiko yra”
-Silvester Belt – “Luktelk”
-Aistay – “You”
-VB gang – “KABOOM!!!”
-Luka – “Move On”
-Clockwork Creep – “Empty”

Xatırladaq ki, növbəti mərhələlər 20 yanvar, 27 yanvar, 3 fevral, 10 fevral tarixlərində, final isə 17 fevral tarixində baş tutacaq.