Bildiyimiz kimi bu yaxınlarda İsrail Avroviziya 2019 üçün bilet qiymətlərini açıqladı. İldən – ilə bahalaşan bilet qiymətləri sözsüz ki, fanları məyus edir. Bunları görən Azərbaycanlı fanların ağlına Bakıdakı müsabiqənin qiymətləri gəlir. Biz də “INFE Azerbaijan” olaraq 2012 və 2019-cu illər üçün bilet qiymətlərini sizlər üçün müqayisə etdik.
Birinci və İkinci yarımfinalın “Münsif” (Jury) finalı üçün qiymətlər Bakıda 30-50 avro arasında dəyişirdisə, bu qiymət Təl-Əvivdə 85-244 avro arasında dəyişir.
Birinci və İkinci yarımfinalın əsas şouları üçün qiymətlər Bakıda 90-150 avro arasında dəyişirdisə, bu qiymət Təl-Əvivdə 183-244 avro arasında dəyişir.
Finalın “Münsif” (Jury) finalı üçün qiymətlər Bakıda 60-100 avro arasında dəyişirdisə, bu qiymət Tel-Əvivdə 122-305 avro arasında dəyişir.
Böyük finalın əsas şousunun biıet qiymətləri isə Bakıda 160-240 avro arasında dəyişirdisə, bu qiymət Təl-Əvivdə 280-487 avro arasında dəyişir.
Qeyd edək ki, 2012-ci ildə Bakıda biletlər satılan zaman 1 avro = 1 AZN ekivalenti götürülmüşdü. Bu gün isə məzənnə 1 avro = 1. 93 AZN kimidir.