Avroviziya 2024, Avroviziya 2024-ün parti himninə çevrilə biləcək Yost Klyaynın “Europapa” mahnısının yayımlanması ilə tam sürətlə davam edir.

“Europapa” ilk dəfə olaraq Aryen Lubaxın aparıcılığı ilə Bakı vaxtı ilə 19:45-də NPO 1 şousu “De Avondshow”-un xüsusi buraxılışı zamanı nümayiş olundu. Yost mahnı haqqında ilk müsahibəsini elə məhz bu studiyada verib və fikirlərini daha sonra yerli mətbuat nümayəndələri ilə bölüşüb.

Yayımçı tərəfindən göndərilən press-relizdə Yost mahnı və klipi bu şəkildə izah etdi:

”Europapa”, özünü tapmaq və hekayəsini danışmaq üçün bütün Avropanı (və ondan kənarda) səyahət edən bir yetim haqqındadır. Əvvəlcə insanlar onu tanımırlar, lakin o, özünü göstərmək üçün hər fürsətdən istifadə etməyə davam edir. “Europapa” atama olan hörmətimdir. Məni tərbiyə edərkən o, mənə dünyaya geniş baxmalı olduğumu öyrətdi. Avroviziya səhnəsi kədəri sevincə çevirən təcrübə olacaq. İnsanlar mənim hərəkətimi görəndə ilk cavabları belə olmalıdır: “Burada nələr baş verir?”, lakin sonra yalnız özlərini hərəkətə gətirmək üçün daha dərinə dalacaqlar. İlk baxışdan bu, çox xoşbəxt bir hərəkət kimi görünsə də, bunun arxasında qan, tər və göz yaşı var.

AVROTROS isə ictimaiətə:

Mahnı vasitəsilə deyir ki, arzularınızı gerçəkləşdirmək və hekayənizi danışmaq istəyirsinizsə, heç bir məhdudiyyət yoxdur. Mahnı nostalji, melanxoliya və xoşbəxtliyin çılğın qarışığıdır, Yostun poetik sözləri dinləyiciyə bunu cəlbedici ritmlərlə çatdırır.

“Europapa” prodüser Teun de Kruif (“Tantu Beats”), şən hardkorun yaradıcılarından biri və “Rainbow” meqahitinin arxasında duran DJ Pol Elstakın xüsusi töhfəsi ilə hazırlanmışdır. Yost, yaxın dostları Donni və Tim Haarsın tövsiyələri ilə mahnı sözlərini özü yazıb.

Yost, R&B və pop titrəyişlərini güclü elektron səslə birləşdirərək bu trekdə özünün rep bacarıqlarını nümayiş etdirir. Mahnının radioda səslənmək üçün güclü potensialı var.