Dünən Estoniyanın paytaxtı Tallin şəhərində baş tutan “Eesti Laul 2024” müsabiqəsində 10 iştirakçı ölkələrini təmsil etçək uğrundə öz mübarizəsini apardı.

Qeyd edək ki, yarımfinal mərhələsi yanvar ayında baş tutmuşdu və 5 iştirakçı finala vəsiqə qazanaraq birbaşa finalda yarışan 5 iştirakçı ilə birgə öz mübarizəsini göstərdi. Münsif səsləri ilə “My Friend” mahnısı ilə müsabiqəyə qatılan Olli zirvədə olsa da, xalq səsverməsindən gələn səslər “5miinust” və “Puuluup”-u qalib etdi.

“5minuust” 2015-ci ildə Estoniyanın Vosu şəhərində yaradılmış hip-hop qrupudur. 2016–2019-cu illərdə daha aktiv olan qrup bir neçə dəfə dağılmaq qərarına gəlsə də, onlar yenidən birləşiblər və bu il Avroviziya kimi böyük platformada ölkələrini təmsil etmə haqqı qazanıblar.

“Puuluup” isə 2014-cü ildə yaradılmış düetdir, onlar daha çox folklor mahnıları ilə məşhurdur və mahnılarında məhz baltik və skandinav ənənəvi instrumentləri olan talharpa və kanneldən istifadə edirlər.

Qrupun Avroviziya 2024-də səsləndirəcəyi mahnı tamamilə eston dilində olub “(Nendest) narkootikumidest ei tea me (küll) midagi) adlanır, hərfi mənası “Biz narkotik maddələr haqqında heç nə bilmirik” deməkdir. Qrup mahnsısında evsiz və yoxsul həyatlardan bəhs edir. Özlərinin zərərli maddə istifadəçiləri yox, əslində varlıların aludəçisi olduqlarını vurğulayır.