INFE Azerbaijan

Official Member of INFE Network

Ermənistan “Gələcək sevgisini” paylaşdı!

Brunette tərəfindən təmsil ediləcək Ermənistan 2023 Avroviziya Mahnı Müsabiqəsində “Future Lover” adlı mahnı ilə təmsil olunacaq.

Səhnə ləqəbi Brunette olan Elen Yeremyan 2022-ci ildə buraxdığı “Bac kapuyt achqerd” mahnısı “YouTube” platformasında 5 milyon dəfə izlənərək o dövrün hiti olmuşdu.
Daxili seçim ilə bəlli olunan Brunette təmsilçi olduğu xəbəri açıqlandığı zaman belə bir paylaşım etmişdi:
“Xəbəri sizinlə bölüşməkdən çox məmnunam. Mən sadə bir müğənniyəm və mahnılar yazıram. Bu səfər isə, mahnımı Avropa tamaşaçısı ilə paylaşacağam!”

Ermənistan mayın 11-də ikinci yarımfinalın ilk hissəsində yarışacaq.

Next Post

Previous Post

© 2023 INFE Azerbaijan

Theme by Anders Norén